"Qalatasaray" klubunun futbolçusu Kərəm Aktürkoğlu komandadan ayrılıb.
Offsideplus.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, 23 yaşlı sol cinah yarımmüdafiəçisi İstanbul təmsilçisinin sıralarını tərk edib.
Artıq onun yeni klubu da bəllidir.
Belə ki, Aktürkoğlu Madrid "Atletiko"su ilə razılaşıb. Onun keçidinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.