"Beşiktaş" klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az "Ntv Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferi Dele Alli Super Liqanın son turunda "Ankaragücü" ilə keçirilən görüşdə zədələnib.
26 yaşlı oyunçunun 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu səbəbdən ingiltərəli yarımmüdafiəçi Super Liqanın 6-cı turunda "Başakşəhər"lə keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Everton"dan icarəyə götürülən Dele Alli mövsümün sonuna qədər "Beşiktaş"da çıxış edəcək.