"Fənərbağça" Mişi Batşuayinin transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb. "Sarı-lacivərtlər" Batşuayi üçün "Çelsi"yə 3,5 milyon avro ödəniş edəcək. 

Futbolçunun "Fənərbağça"dakı illik maaşı 3 milyon avro məbləğində olacaq.