"Fənərbağça" "Çelsi"nin futbolçusu Mişi Batşuayini heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 28 yaşlı hücumçu ilə razılığa gəlib. Futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Türkiyəyə yola düşüb.

Qeyd edək ki, Batşuayi ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirib.