"Beşiktaş"ın futbolçusu Kənan Karaman karyerasını Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə hücumçu "Şalke" ilə anlaşıb.
28 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kənan Karaman 2021-ci ildən çıxış etdiyi İstanbul təmsilçisinin heyətində 35 oyunda meydanda olub və 2 qolla yadda qalıb.