UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İstanbulda "Başakşehir"in "Makkabi" (Netanya) ilə matçında baş məşqçilik edən Emre Belözoğlu barədə UEFA qərar verib.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu lisenziyası olmadan komandanı çalışdıran 41 yaşlı mütəxəssisə UEFA-nın istənilən yarışlarında baş məşqçilik etməyi qadağan edib.
"Başakşehir" klubuna isə 10 000 avro pul cəzası verilib.