“Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi bu yay “Başakşəhər”dən ayrılan və azad agent statusu daşıyan Tolqa Ciğercini heyətinə qatıb. 

30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.