"Fənərbağça"nın futbolçusu Mergim Berişa karyerasını Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Ausburq" almaniyalı hücumçunu icarə əsasında heyətinə qatır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbəyə görə, tərəflər arasında gedən danışıqlar müsbət sonluqla yekunlaşıb. Bundesliqa təmsilçisi bu keçid üçün İstanbul klubuna 300 min avro ödəyəcək. Müqavilədə satınalma maddəsi yer alıb. Mövsümün sonunda "Ausburq" 24 yaşlı oyunçunu transfer hüquqlarına yiyələnmək istəsə, 4 milyon avrosundan keçməli olacaq.
Qeyd edək ki, Berişa 2021-ci ilin sentyabrından "Fənərbağça"nın formasını geyinirdi. O, bu müddətdə 32 oyun keçirib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.