"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Super Liqanın son çempionu "Ayaks"ın hücumçusu Naci Ünüvarı icarəyə götürüb. 19 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

"Trabzonspor" bu keçid üçün Amsterdam təmsilçisinə 150 min avro ödəyəcək.  

Qeyd edək ki, Naci Ünüvar Niderlandın U-19 millisinin də üzvüdür. O, 2020-cu ildən "Ayaks"ın əsas komandasında çıxış edir. İndiyə qədər cəmi 3 oyunda meydanda olub, 1 qol və 1 asisst edib.