"Fənərbağça"dan ayrılan futbolçu Stiven Kokerin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, mərkəz müdafiəçisi karyerasını digər Super Liqa təmsilçisi “Fatih Karagümrük”də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sierra Leone millisinin üzvü ilə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Stiven Koker bir neçə gün əvvəl "Fənərbağça"dan ayrılmışdı. O, ötən mövsümü icarə əsasında "Qaziantep" komandasında keçirib. 30 yaşlı oyunçu sözügedən klubun heyətində 27 matça çıxıb, 2 qol və 1 asisstlə yadda qalıb.