Türkiyə Super Liqasının 4-cü turunda öz meydanında "Qalatasaray"la qarşılaşacaq "Trabzonspor" ciddi itki ilə üzləşib.

 Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin qapışısı Uğurcan Çakır zədə səbəbindən bu gün keçiriləcək olan vacib oyunu buraxacaq. 

Onun əvəzinə "Trabzonspor" klubunda qapını Muhammet Taha Tepe qoruyacaq.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.