“Ankaragücü” komandasının baş məşqçisi Mustafa Dalcı istefa verib.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ötən gün baş tutan “Fatih Karagümrük”lə səfər oyunundan sonra baş tutan mətbuat konfransında postundan ayrıldığını açıqlayıb.
O, səbəb kimi komandasının 1:4 hesablı məğlubiyyətini göstərib.
Qeyd edək ki, Mustafa Dalcı 2021-ci ilin yanvarından “Ankaragücü” komandasına rəhbərlik edirdi. Sözügedən klub onun başçılığı altında ötən mövsüm TFF 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanmışdı. Lakin Super Liqada bu mövsüm baş tutmuş 4 oyundan sonra Ankara təmsilçisi cəmi 1 xal toplaya bilib.