"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Everton"un yarımmüdafiəçisi Dele Allini icarəyə götürüb. Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb. Klub Premyer Liqa təmsilçisinə bu keçid üçün heç bir ödəniş etməyəcək. 26 yaşlı oyunçu 2022/23 mövsümünün sonuna qədər Türkiyə nəhəngində çıxış edəcək.

Sözləşmədə yer alan bəndə əsasən, "Beşiktaş"  ingiltərəli futbolçunu birdəfəlik almaq hüququna sahibdir.

Alli yeni klubunda 11 nömrəli forma ilə oynayacaq. O,  illik 2.2 milyon avro maaş və əlavə olaraq meydanda çıxdığı oyunlarda oynama müddətinə görə də hər matç üçün 10 min avro qazanacaq.

Qeyd edək ki, Dele Alli karyerası ərzində MK Dons, "Tottenhem", "Everton"da oynayıb. Yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi İngiltərə millisində isə 37 oyuna çıxıb və 3 qol vurub.