"Fənərbağça"da növbəti ayrılıq gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi mərkəz müdafiəçisi Stiven Koker ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi tviter səhifəsi məlumat yayıb.
30 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Stiven Koker 2021-ci ilin yayında "Fənərbağça"ya keçmişdi. O, klubla heç bir rəsmi oyuna çıxmayıb.
Xatırladaq ki, "Fənərbağça" daha əvvəl almaniyalı futbolçu Maks Meyerlə yollarını ayırmışdı.