"Beşiktaş" Siriki Dembeleni heyətinə qatmağa hazırlaşır.

Offsideplus.az "Ntv Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı sol cinah oyunçusunu mövsümün sonuna qədər icarəyə götürmək üçün “Bornmut”la razılığa gəlib.

25 yaşlı futbolçu özü də "Beşiktaş"da oynamaq təklifini qəbul edib.

"Beşiktaş" Dembelenin icarəsinə razılıq verən qarşı tərəflə sözləşmədə satın alma variantının yer alması ilə bağlı danışıqları davam etdirir.

Yanvarda “Peterboro Yunayted”dən 2,6 milyon avroya “Bornmut”a transfer olan Dembele İngiltərə klubunun heyətində 13 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bu mövsüm Premyer Liqaya yüksələn "Bornmut"da forma şansı tapa bilməyən Fil Dişi əsilli şotlandiyalı futbolçu "Peterboro Yunayted"də keçirdiyi 4 mövsümdə 147 oyun keçirib. Dembele bu matçlarda 30 qol vurub və 30 məhsuldar ötürmə edib.