Türkiyə Super Liqasında 3-cü tur çərçivəsində keçirilən "Fənərbağça" - "Adana Dəmirspor" (4:2) oyunu gərginliklə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın iki keçmiş futbolçusu Henri Onyekuru və Yunes Belhanda tribunalara etdiyi hərəkət ilə diqqət mərkəzinə düşüblər. Belə ki, "Adana Dəmirspor"un heyətində ilk "11-likdə" matça başlayan İstanbul təmsilçisinin sabiq futbolçuları Yunes Belhanda və Henri Onyekurunun hərəkətləri "Fənərbağça" azarkeşlərinin kəskin etirazına səbəb olub.

Yunes Belhanda ilk hissə oynanılan zaman künc zərbəsi yerinə yetirərkən tribunaya qayıdıb və əli ilə “4” işarəsi göstərib. Bundan sonra isə azarkeşlər mərakeşli oyunçuya yad maddə atmağa başlayıb.

"Adana Dəmirspor"un yeni transferi Artem Dzyuba komandasının 2-ci qolunu vurduğu zaman isə bu dəfə Henri Onyekuru tribunalara qayıdaraq əllərini gözünün üstünə gətirərək "ağlama" jesti edib.

Bu hərəkətlərdən sonra hər iki oyunçuya tribunalardan kəskin  reaksiya verilib.

Həmin fotoları təqdim edirik:

7f91814a8cec46bea530ccea005dfbc6