"Beşiktaş" Türkiyə Super Liqasında 3-cü tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında "Fatih Karamgümrük"ü qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Beşiktaş" - "Fatih Karamgümrük" - 4:1
Qollar: Veqhorst, 17 (1:0), Nkoudou, 34 (2:0), Muleka, 50 (3:0), Dian, 53 (3:1), Rosier, 90 (4:1)

Qeyd edək ki, "Beşiktaş" bu qələbə ilə xalını 7-yə yüksəldib və turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.