“Fənərbağça”nın mərkəz müdafiəçisi Marsel Tisserand karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı oyunçu “Əl İttifaq”la anlaşıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tisserand “Fənərbağça”ya 2020-ci ilin sentyabrında Almaniyanın "Volfsburq" klubundan keçmişdi. O, bu müddətdə komanda ilə 54 oyuna çıxıb, 1 qol və 3 asisstlə yadda qalıb.