Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Real"ın belçikalı yarımmüdafiəçisi Eden Hazar və PSJ-nin argentinalı hücumçusu Mauro İkardinin keçidini həll etməyə yaxındır. İspaniyanın nüfuzlu AS nəşrinin yaydığı məlumata görə, "Cim-bom" hər iki oyunçunu icarəyə götürəcək. Artıq hər üç tərəf arasındakı danışıqlar müsbət məcrada yekunlaşıb.
"Qalatasaray" Hazara illik üç milyon avro məvacib ödəyəcək. İkardinin maaşı isə hələlik bəlli deyil.
Türkiyə təmsilçisi hər iki futbolçunu satınalma bəndi ilə icarəyə götürəcək.