"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Mauro İkardinin komandaya mümkün transferindən danışıb.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis PSJ-nin ulduzu ilə əlaqə saxladıqlarını təsdiqləyib. Buruk 29 yaşlı hücumçu və klub arasında bir irəliləyiş olmadığını dilə gətirib:
"Hücum xəttini gücləndirmək istəyirik. Ehtiyacımız var. Əlimizdəkilərdən daha fərqli bir oyunçu tapsaq, yaxşı olardı. İkardinin adı hallanıb, önəmli futbolçudur. Klubundan ayrılıb-ayrılmayacağını və ya Türkiyəyə gəlib-gəlməyəcəyini bilmirik. Çox yüksək məbləğdə maaş alan oyunçudur. Bu maaşın Türkiyədə verilməsi çətin işdir. O və bizim aramızda bir irəliləyiş olmadı".
Qeyd edək ki, PSJ-dən ayrılmaq istəyən Mauro İkardinin "Qalatasaray"a keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. Argentinalı futbolçunun Paris təmsilçisi ilə sözləşməsinin müddəti 2024-cü ilə qədərdir.