Türkiyə 1-ci Liqa klubu "Göztəpə"nin yeni sahibi bəlli olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sport Republic" şirkəti klubla müqavilə bağlayaraq 70% səhmlərini əldə edib. Danimarkalı iş adamı Rasmus Ankersenin rəhbərlik etdiyi şirkət Türkiyə futbolundə investisiya edən ilk xarici şirkət olub.
Qeyd edək ki, "Sport Republic" İngiltərənin "Sauthempton" klubunun da sahibidir. Premyer Liqa təmsilçisi tviterdə "Sport Republic" ailəsinə xoş gəldiniz", deyə "Göztəpə"ni salamlayıb.