"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Rusiya millisinin hücumçusu Artyom Dzyubanı transfer edib. 34 yaşlı oyunçu "mavi şimşəklər"lə 1+1 illik müqavilə imzalayıb. 

 Xatırladaq ki, bir müddət öncə "Qarabağ" və "Neftçi"nin rusiyalı forvardla maraqlaması barəsində xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Artyom Dzyuba son olaraq ölkəsində "Zenit"də çıxış edib.