“İstanbulspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukraynanın “Zarya” klubunun qanalı futbolçusu Raymond Frimponq Ovusunu transfer edib. 

20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Raymond Ovusu 2021-ci ilin martından “Zarya”da çıxış edirdi. 20 yaşlı forvard bu komandada 14 oyuna 4 qol vurub.