“İstanbulspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukraynanın “Zarya” klubunun qanalı futbolçusu Raymond Frimponq Ovusunu transfer edib.
20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Raymond Ovusu 2021-ci ilin martından “Zarya”da çıxış edirdi. 20 yaşlı forvard bu komandada 14 oyuna 4 qol vurub.