Türkiyənin Super Liqa təmsilçisi "İstanbulspor" yeni transferini həyata keçirib.

Offsideplus.az xəbər verir ki, klub qanalı yarımmüdafiəçi Raymond Ovusunun keçidini həll edib.

Bu gün tibbi müayinədən keçən 20 yaşlı futbolçu rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, Ovusunun son klubu "Zarya Luqansk" olub.