"Kasımpaşa"nın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqa təmsilçisini Şenol Can çalışdıracaq. O, istefa verən Sami Uğurlunu əvəzləyib.

Qeyd edək ki, Ş.Can daha əvvəl 2020/2021 mövsümünün son 10 liqa matçında və 2021/2022 mövsümün ilk həftəsnin oyununda komandanın başında olmuşdu.