"Beşiktaş" Dele Allinin transferi barədə "Everton"la razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Premyer Liqa təmsilçisi 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferinə razıdır.

"Beşiktaş" keçidin baş tutması üçün əlindən gələni etsə də, son qərarı Dele Alli verəcək.

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"in formasını geyinən Alli, 2022-ci ilin yanvar ayında "Everton"a transfer olunub.