"Qalatasaray" futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" futbolçusu Cesse Sekidika ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2019/2020 mövsümündə "Eskişehir"dən transfer edilən nigeriyalı oyunçu "Eyüpspor" və "Konyaspor" klublarında icarə əsasında çıxış edib. Sekidika sarı-qırımızı formada 19 matça çıxıb, 1 qol vurub.