"Arsenal"ın qapıçısı Runar Aleks Runarsson karyerasını Türkiyə klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Alanyaspor" klubu 27 yaşlı qolkiperlə anlaşıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Türkiyə təmsilçisi Runarssonu 2023-cü ilin iyun ayına qədər "topçular"dan icarəyə götürüb.
Qeyd edək ki, islandiyalı futbolçu ötən mövsümü "Leven"də icarədə keçirib.
Bizi Teleqramda izləyin!