"Qalatasaray" "Gent"də çıxış edən Andreas Hançe-Olsen üçün rəsmi danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Ntv Sport" məlumat yayıb. Yeni transferlərdən Fredrik Midtsjönün agenti olan menecerlik şirkəti tərəfindən tövsiyə edilən 25 yaşlı müdafiəçinin keçidi ilə bağlı komandanın məşqçilər heyəti tərəfindən razılıq alınıb. Oyunçu ilə böyük ölçüdə anlaşan "sarı-qırmızılar" Belçika klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Qalatasaray" “Sevilya”nın israrla istədiyi Viktor Nelssonun gedəcəyi təqdirdə Hançe-Olsendən başqa əlavə olaraq daha bir müdafiəçi transfer edəcək.