"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə "Çelsi"yə məxsus olan hücumçu Mişi Batşuayini transfer etməyə hazırlaşır. Mənbənin verdiyi məlumata görə "zadəganlar" sözləşməsinin başa çatmasına 1 il qalmasına baxmayaraq belçikalı forvardı icarə əsasında pulsuz Türkiyə klubuna verməyə hazırdır. Tərəflər arasında anlaşma baş tutarsa, 29 yaşlı oyunçunun illik 4 milyon avro olan maaşının 3 milyonunu "Fənərbağça" ödəyəcək.
Qeyd edək ki, Batşuayi ötən mövsümü icarə əsasında digər Super Liqa təmsilçisi "Beşiktaş"da keçirib. O, klubla bütün turnirlərdə 42 matça çıxıb, 14 qol və 3 asisstlə yadda qalıb.