“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son Türkiyə çempionu Şimali Makedoniya millisinin üzvü Enis Bardini transfer edib.
İspaniyanın “Levante” klubundan heyətə cəlb edilən 27 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə imzalanıb.
Valensiya təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq Bardi üçün Qaradəniz klubu 3 milyon avro təzminat ödəyəcək. Şimali makedoniyalı oyunçu isə yeni klubunda ilinə 1.3 milyon avro qazanacaq.
Qeyd edək ki, Bardi 2017-ci ilin yayından “Levante”də oynayırdı. O, ötən mövsüm La Liqa klubu ilə 32 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.