"Fənərbağça" "Sassuolo"nun türk futbolçusu Mert Müldürü transfer etmək istəyir.
Offsideplus.az "Vole"yə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin transferi ilə Ali Koç yaxından maraqlanır. "Qalatasaray"ın da gündəmində olan Müldürlə danışıqlarda klubun prezidenti yaxından iştirak edir.
"Sassuolo" Türkiyə millisinin üzvü üçün 8 milyon avro tələb edir. "Qalatasaray" futbolçu üçün təklif göndərsə də, A Seriyası klubu qəbul etməyib.
Qeyd edək ki, Mert Müldürün "Sassuolo" ilə 2 illik müqaviləsi var. İtaliya təmsilçisi Mert üçün 2019-cu ildə "Rapid" klubuna 5 milyon avro ödəmişdi.