"Fənərbağça"nın "10" nömrəli formasının yeni sahibi bəlli olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu Arda Gülər bu mövsüm "10" nömrə altında çıxış edəcək. Buna klubun prezidenti Ali Koç və baş məşqçi Jorje Jezus qərar verib.
"Gənclərbirliyi" yetirməsi olan Gülər 2019-cu ildə "Fənərbağça"ya transfer olunub. 17 yaşlı yarımmüdafiəçi ötən mövsüm "sarı-lacivərtlər"in heyətində 16 matça çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.