"Beşiktaş" "Mançester Yunayted"in futbolçusu Aksel Tuanzebeni heyətinə qatmağa hazırlaşır.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, Türkiyə klubu 24 yaşlı futbolçunu 500 min avroya bir illik icarəyə götürməyə yaxındır. Konqolu müdafiəçiyə illik 1,5 milyon avro maaş təklif edilib.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Tuanzebe "Aston Villa" və "Napoli" klublarında icarə əsasında çıxış edib.
Bizi Teleqramda izləyin!



