"Real"la müqaviləsi bitdikdən sonra komandadan ayrılan ispaniyalı futbolçu İsko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçu menecerlər tərəfindən "Beşiktaş" klubuna təklif olunub. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Xəbərə görə İstanbul təmsilçisinin rəsmiləri azad agent qismində olan yarımmüdafiəçinin transfer şərtləri haqda maraqlanıb. Klub maliyyə cəhətdən uyğun olarsa, İskoya təklif göndərməyə hazırdır. "Ağ-qaralar"ın baş məşqçisi Valeryen İsmaeldə ispaniyalı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, İsko 9 mövsüm çıxış etdiyi "kral" klubunda 352 oyunda meydanda olub, 53 qol və 56 asisstlə yadda qalıb. Madrid təmsilçisi ilə İspaniyada çempionluqlar əldə edən oyunçunun 5 dəfə UEFA Çempionlar Liqasını qazanmasını xüsusilə vurğulamaq lazımdır.