İspaniyanın "Sevilya" klubu "Qalatasaray"a təşəkkür edib. 

Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisi daha öncə "Qalatsaray"dan Fernando Rejes və Markao, "Mançester Yunayted"dən isə sabiq "Cim-Bom"lu Aleks Tellesi heyətinə qatıb. Bunun ardından klubun tviter səhifəsi 3 futbolçuya görə "Qalatasaray"a təşəkkür edib. Bu paylaşım "Qalasataray" azarkeşlərini əsəbiləşdirib. 

"Fernando, Markao, Aleks Telles. Təşəkkürlər, "Qalatasaray".

Qeyd edək ki, Rejes 2017-2019, Markao 2019-2022, Aleks Telles isə 2014-2016-cı illərdə "Qalasataray"ın formasını geyinib.