Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi London "Arsenal"ının uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyranı sıralarına qatıb.
Bu barədə məlumatı "TRT Spor" yayıb. Xəbərdə təcrübəli futbolçunun keçidi üçün "topçular"la razılığın əldə olunduğu yazılıb.
Uruqvaylı oyunçu ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Torreyra 2018-ci ildən "Arsenal"da çıxış edir.