"Fənərbağça” klubu yeni transferi Tiaqo Çukuru icarəyə vermək istəyir.

Offsideplus.az "Fanatik''ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 19 yaşlı hücumçunu oyun praktikasını artırmaq məqsədilə başqa komandaya göndərmək istəyir. Tiaqo ilə yeni mövsümdən Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Göztəpə” yaxından maraqlanır. İzmir təmsilçisi oyunçunu icarəyə götürmək üçün qarşı tərəfə müraciət edib.

Qeyd edək ki, futbolçu “Uotford”dan “Fənər"ə transfer olunub.