“Qalatasaray” heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lyon"un müdafiəçisi Leo Dubanı transfer edib. 27 yaşlı fransalı futbolçu ilə 3 illik sözləşmə imzalanıb. “Qalatasaray” bu transferə görə qarşı tərəfə 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Leo Duba 2018-ci ildən Liqa 1 klubunda çıxış edirdi. Müdafiəçi bu komandada bütövlükdə 129 oyuna çıxıb və 5 qol vurub. Fransa millisində də oynayan futbolçu, 13 matçda meydanda olub.