Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Derbi Kaunti"dən ayrılan Kolin Kazım-Riçardsı transfer edib. Keçidin detalları barəsində məlumat verilməyib.

Qeyd edək ki, 35 yaşlı hücumçu karyerası ərzində "Fənərbağça", "Qalatasaray", "Bursaspor", "Olimpiakos", "Feyenord", "Blekbern Rovers" kimi klublarda çıxış edib. O, son olaraq oynadığı Çempionşip təmsilçisi "Derbi Kaunti"nin heyətində geridə qalan mövsüm 25 matçda 4 qol və 1 asisstlə yadda qalıb. İngilis əsilli Kolin Kazım türk vətəndaşlığını qəbul etdikdən sonra çağrıldığı Türkiyə millisində isə 37 oyun keçirib.