"Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, misirli hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Nant"da keçirəcək.
Qeyd edək ki, Mustafa ötən mövsüm "Qalatasaray"da 41 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.