Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal karyerasını bitirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi 36 yaşında yaşıl meydanlarla vidalaşma qərarı alıb.

Qeyd edək ki, son olaraq “Beşiktaş”da oynayan M.Topal daha əvvəl  “Qalatasaray”, “Valensiya”, “Fənərbağça”, “Başakşəhər” kimi komandalarda çıxış edib. O, karyerası ərzində 563 oyunda 38 qol, 33 ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Türkiyə seçməsində isə 94 matçda iş başında olub.

.