Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Alper Uludağla hücumçular Varol Taşar və Riad Bayiçi transfer edib.
Varol Taşar İsveçrənin “Lütsern” klubundan qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb. Riad Bayiçlə Alper Uludağ isə azad agent kimi komandaya cəlb olunub. Amma onlarla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.