Türkiyənin "Konyaspor" klubu "Milan" və Braziliya millisinin sabiq futbolçusu Aleşandre Patonu tarnsfer etmək üzrədir.
Offsideplis.az "Fanatik"ə istinadən xəbər verir ki, Konya təmsilçisi braziliyalı oyunçu ilə razılıq əldə edib. Xəbərə görə, klubla 32 yaşlı futbolçunun müavilə imzalaması yaxın vaxtlarda baş tutacaq.
Qeyd edək ki, Pato hazırda MLS klublarından "Orlondo Siti"də çıxış edir. O, bu mövsüm oynadığı 21 matçda 4 qol vurmağı bacarıb.