Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, "Cim-bom" vaxtilə "Beşiktaş"da çıxış etmiş hücumçu Vinsent Abubakarı transfer etməyə yaxındır. "Sarı-qırmızılılar"ın yeni baş məşqçisi Okan Buruk 30 yaşlı forvardı sərəncamında görmək istəyir.

"Qalatasaray" rəhbərliyi Abubakarın hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Futbolçunun transferinin yaxın günlərdə açıqlanması gözlənilir.

Qeyd edək ki, Abubakar 2020/2021 mövsümündə "Beşiktaş"da çıxış edib.