"Fənərbağça" klubunun futbolçusu Kim Min Cey karyerasını "Renn"də davam etdirəcək.

 Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Cənubi Koreya millisinin üzvünün transferinə görə 20 milyon avro qazanacaq. Keçidin yaxın vaxtlarda açıqlanması gözlənilir.

Qeyd edək ki, 25 yaşlı futbolçu geridə qalan mövsüm 40 oyunda meydana çıxıb.