"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Vatford"un hücumçusu Coşua Kinqlə sözləşmə imzalayıb. Norveçli oyunçu müqaviləyə əsasən qarşıdakı 2 mövsüm "Fənərbağça"da çıxış edəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu geridə qalan mövsüm "Vatford"un heyətində 33 oyunda 5 qol, 3 assistlə yadda qalıb. Coşua 2012-ci ildən çıxş etdiyi Norveç millisində isə 62 matçda meydanda olub.