"Fənərbağça" klubundan qovulan Məsut Özilin yeni ünvanı bəlli olub.

 Offsideplus.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü İstanbulun digər təmsilçisi "Başakşəhər"ə transfer olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu "Fənərbağça"ya 2021-ci ilin yanvarında "Arsenal"dan keçmişdi.