"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Uotford"un hücumçusu Tiaqo Çukurla 4 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu ilk dəfə UEFA Millətlər Liqasında Litva millisi ilə matçda Türkiyə seçməsinin formasını geyinib.